Türkiyə ilə Ermənistanın növbəti görüşündə hansı məsələlər masada olacaq? - AÇIQLAMA

14 Fevral 2022 | 14:17
OXUNUB: 882
Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində xüsusi nümayəndələr fevralın 24-dә Avstriyanın paytaxtı Vyanada görüşəcəklər. Növbəti görüşdə sərhədlərin açılması və digər məsələlərin müzakirəsi gözlənilir.
 
Maraqlıdır, bu dəfə Avstriyada baş tutacaq görüşdə iki ölkə üçün hansı məsələlər masada olacaq?

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov qeyd edib ki, Vyanada keçiriliəcək görüşdə müzakirə masasına çıxarılacaq məsələlər mütəxəssislərin də maraq dairəsindədir:

"Düşünürəm ki,  ikinci görüşdə daha ciddi məsələlər müzakirə olunacaq. Amma buna qədər görüşlərin intensivliyinin artırılması, görüş yerinin İstanbul və Yerevana keçirilməsi haqqında razılıq əldə olunmalıdır. Öncə bu məsələ müzakirə olunaraq qərar qəbul olunacaq. İkinci məsələ isə diplomatik münasibətlərin yaranması ətrafında müzakirələrdir. Çünki tərəflər artıq bir neçə görüşdən sonra ən kiçik səviyyədə olsa belə, nümayəndəliklərin təşkil olunması haqqında razılığa gələ bilərlər”.

Müsahibimiz bildirib ki, müzakirə olunacaq digər məsələlər isə iqtisadi münasibətlərin konturlarının müəyyən olunması və Zəngəzur Dəhlizinin açılması ilə bağlı məsələlər olacaq:

"Hesab edirəm ki, birinci görüşdə olduğu kimi tərəflər, xüsusən, Ermənistan, indiki şəraitdə həyata keçirməyə imkanları olan məsələləri müzakirə edərək qərarlar qəbul edəcək və görüşdən sonra bu məsələlərin həyata keçirilməsini təmin edəcəklər. Əsas məqsəd addım-addım tərəflərin bir-birinə yaxınlaşmasını təmin etməkdir”.

Xatırladaq ki, Türkiyənin nümayəndəsi səfir Sərdar Kılıc və Ermənistanın nümayəndəsi, Parlament spikerinin müavini Ruben  Ribinyanla ilk görüş 2022-ci ili yanvarın 24-də Moskvada baş tutub.

Günay Rəsulqızı
Sfera.az
 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man