Hadisə Belçikanın Flandriya əyalətində baş verib. Avtosfer.az-ın xəbərinə görə, Steken şəhərinin mərkəzi küçəsində yaşayan sakin sürət həddini aşanlarla mübarizədə maraqlı yol seçib. Avtomobil ustası olan kişi həyətinin yola tərəf hissəsində “radar” quraşdıraraq onun üzərinə işıq da yerləşdirib. Süətlə gələn maşın gördükdə isə məsafədən “radar”ın işığını işə salıb.
Nəticə özünü çox gözlətməyib. Bir neçə gün sonra sosial şəbəkədə sürücülər “yeni radar” barədə xəbər verməyə başlayıb və hamı 50 km/saat limitinə əməl edib. Lakin...
Evə cərimə bildirişi gəlmədikdə sürücülər məsələni başa düşərək polisə şikayət ediblər. Polis məsələni araşdıraraq şəhər sakininin xeyrinə qərar verib:
1. “Radar” ictimai yolda deyil, şəxsi mülkiyyətin ərazisində quraşdırıldığı üçün qanunsuz deyil və məcburi qaydada sökülə bilməz.
2. Yol hərəkətinin təhlükəsizliyinə töhfə verən vətəndaşa təşəkkür elan edilsin.
Vüqar
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man