Şuşa DYP rəisinin düşdüyü dəhşətli qəza ilə bağlı cinayət işi açıldı

İctimai nəqliyyat 15 Mart 2022 | 17:22
OXUNUB: 1085

Füzuli rayonunda ölümlə nəticələnən avtomobil qəzası ilə bağlı cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məclləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, hadisə martın 13-ü saat 14 radələrində Füzuli şəhəri ərazisində qeydə alınıb. Belə ki, Novruz Orucovun idarə etdiyi “Mercedes” və İlqar Hümbətovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Xatırladaq ki, “Mercedes” markalı avtomobili idarən edən İ.Hümbətov Şuşa Rayon Dövlət Yol Polisi (DYP) Bölməsinin rəisidir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man