Mingəçevir şəhərində yol qəzası olub, xəsarət alanlar var. Avtosfer.az Trend-ə istinadən bildirir ki, hadisə şəhərin M.Maqomayev prospektində baş verib. İlkin məlumata görə, M.Maqomayev prospekti ilə hərəkətdə olan "Mercedes" markalı minik avtomobili ilə VAZ markalı minik avtomobili toqquşub. Hər iki avtomobilin sürücüləri Qoşqar Bahadurbəyli və Anar Quliyev başlarından xəsarət alıblar, onlara təcili yardım briqadasının əməkdaşları tərəfindən ambulator tibbi yardım göstərilib. Avtomobillərə də ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man