Heydər Əliyev prospektini qazdılar, çuxura düşən maşınlar darmadağın olur - VİDEO

Nəqliyyat TV 15 Mart 2022 | 12:14
OXUNUB: 1515

Xırdalan şəhərində təmirdən sonra asfaltlanmayan yol sürücülərə çətinlik yaradır. Avtosfer.az xəbər verir ki, Azərsu ASC Heydər Əliyev prospektinin bir hissəsində qazıntı işləri aparıb. Lakin təmirin bitməsinə baxmayaraq yolu asfaltlamayıblar. Qazılmış hissənin üzərini çınqılla örtəsələr də, asfalt səviyyəsinə kimi qaldırılmadığı üçün sürücülər çuxura düşürlər. Beləliklə də avtomobillərinə ziyan dəyir. Əksər sürücülər isə çuxura düşməmək üçün əks yola çıxırlar ki, bu da qarşıdan gələn sürücülərə təhlükə yaradır.

Eyni zamanda təmirdən sonra asflat vurduqları hissə isə artıq çöküb. Bu isə keyfiyyətsiz asfalt qatının vurulmasından xəbər verir.

Mütəxəssislər bildirir ki, asfalt örtüyünün müəyyən bir hissəsi qazılıb təmir işləri görüldükdən sonra, mütləq şəkildə qazılmış hissəsinin üzəri bərkidilməli, daha sonra həmin hissəyə keyfiyyətli tərkibli asfalt qatı vurularaq səthi digər örtüklə eyniləşdirilməlidir.

Lakin sözügdən ərazidə vəziyyət onu göstərir ki, sonradan vurulan asfalt qatı keyfiyyətsizdir və asfaltı vuran dövlət qurumu üçün yolun əvvəlki vəziyyətə qaytarılması çox da maraqlı deyil.

Şəfa

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man