Hacıqabulda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Qazax magistral yolunun rayonun Atbulaq kəndiindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Lada”, “Hyundai” və “Mercedes” markalı avtomobillər zəncirvari qəzaya uğrayıb. Qəza zamanı Ağdam rayon sakini, 1997-ci il təvəllüdlü Həsənov Zaur Kərəm oğlu, İmişli rayon sakini, 1998-ci il təvəllüdlü Göyüşzadə Kənan Əjdər oğlu və şəxsiyyəti məlum olmayan daha iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man