ABŞ-ın ən böyük limuzini ikinci həyat qazanıb. Avtosfer.az-ın xəbərinə görə, “American dream” adlı limuzin 1986-cı ildə istehsal olunub. Avtomobil uzun müddət baxımsız qaldığı üçün ciddi korroziyaya uğramışdı. Mayami Avtomobil Muzeyinin sifarişi əsasında bir iş adamı avtomobilin bərpasını üzərinə götürüb.
1976-cı ildə istehsalı edilmiş “Cadillac Eldorado”nun bazasında hazırlanmış limuzinin ölçüləri insanı heyrətləndirir. 2 ədəd V8 benzin mühərrik (öndə və arxada), 30,5 metr uzunluq, 13 cüt təkər. Dünyanın ən uzun limuzininin üzərində mini helikopter meydançası da quraşdırılıb.
Vüqar
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man