Konqo Demokratik Respublikasında vaqonların relsdən çıxaraq aşması nəticəsində ölənlərin sayı 75 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” agentliyi Konqo Milli Dəmiryol Şirkətinin direktoruna istinadən məlumat yayıb.
Onun sözlərinə görə, azı 75 nəfər ölüb, 125 nəfər yaralanıb. Ağır xəsarət alan 28 zərərçəkmiş ixtisaslaşdırılmış tibb məntəqələrinə göndərilib.
Qeyd edək ki, martın 10-da axşam saatlarında Lualaba əyalətində mövcud qadağaya baxmayaraq insanları daşıyan qatar qəzaya uğrayıb. Qəza on vaqondan ibarət qatarın yüksək əraziyə qalxmaq cəhdinin uğursuzluğu nəticəsində baş verib. Vaqonlar relsdən çıxaraq dərin dərəyə yuvarlanıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man