Şuşa DYP-nin rəisi qəzaya düşdü: Ölən və yaralananlar var - YENİLƏNİB + VİDEO

İctimai nəqliyyat 14 Mart 2022 | 14:18
OXUNUB: 9826

Füzulidə baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alan İlqar Hümbətov Şuşa Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisidir. Bununla bağlı “Qafqazinfo” məlumat yayıb. Mayor rütbəli İ.Hümbətov da qəzada xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

15:00

Füzuli rayonunda yol polisi avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, martın 13-də saat 14 radələrində Füzuli şəhəri ərazisində Novruz Orucovun idarə etdiyi “Mercedes-Benz” və İ.Hümbətovun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillər toqquşub. Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini xəstəxanasına yerləşdiriliblər.

Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.

Hadisənin görüntülərini təqdim edirik:

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man