"Gənc Liderlər üçün Qış Universiteti"nin üçüncü günü başa çatdı - FOTOLAR

12 Fevral 2022 | 17:00
OXUNUB: 1031
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Davam" Gənclər Hərəkatının təşkilatçılığı ilə həyata keçirilən "Gənc Liderlər üçün Qış Universiteti"nin üçüncü günü müxtəlif panel müzakirələri ilə davam edib. 

Panellərdə iştirak edən millət vəkilləri Məzahir Əfəndiyev "Gənc liderlər: Dayanıqlı inkişaf məqsədlərinin reallaşdırılmasında gənc liderlərin rolu", Jalə Əhmədova "Gənc liderlərin özünü ifadə və etik davranış qaydaları", Könül Nurullayeva "Gənclər siyasəti, gender bərabərliyi və ictimai fəaliyyət", ekspert Əli Hacızadə "İnformasiya müharibəsi - rəqəmsal dünyanın reallığı" mövzusunda layihə iştirakçıları ilə fikir mübadiləsi aparıb. 

Günün sonunda gənclərin zövqünü oxşayan mahnıların sədası altında əyləncəli anlar yaşanıb. 

Qeyd edək ki, "Davam" Gənclər Hərəkatı layihənin yüksək səviyyədə icra olunmasına göstərdiyi dəstəyə görə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naftalan Şəhər İcra Hakimiyyətinə öz təşəkkürünü bildirir. 

Layihənin məqsədi gənc liderlərin kəşf edilməsi, onların intellektual inkişafına nail olmaq, dünyagörüşünün artırılması və asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man