Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza axşam saatlarında şəhərin Zülfi Hacıyev küçəsində qeydə alınıb.
Yolu keçmək istəyən orta yaşlı qadını "Mercedes" markalı avtomobil vurub. Ağır bədən xəsarətləri alan piyada ölüb. Hadisəni törədən sürücü saxlanılıb, avtomobil isə duracağa yerləşdirilib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib. Ölən piyadanın şəxsiyyəti məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
apa
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man