“Kalaşnikov”lu narkotik satıcısı tutuldu - VİDEO

11 Fevral 2022 | 16:42
OXUNUB: 640
Abşeronda silah və narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

DİN Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, üzərində qanunsuz olaraq odlu silah-sursat və külli miqdarda narkotik maddə saxlayan, əvvəllər məhkum olunmuş Niyaməddin Paşayev Mehdiabad Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb.

Onun əlindəki bağlamaya baxış zamanı 1 ədəd "Kalaşnikov” markalı istifadəyə yararlı avtomat, 9 ədəd patron, daraq və 320 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Niyaməddin Paşayev odlu silah-sursatı bir müddət əvvəl tapdığını, polisə təhvil verməyərək gizlətdiyini bildirib. Həmin şəxs ifadəsində silahı və narkotik vasitəni satmaq məqsədi ilə əldə etdiyini qeyd edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Niyaməddin Paşayev barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man