Prezidentin köməkçisi: “3+3” platformasının növbəti iclası ilə bağlı təkliflər gözləyirik”

Gündəm 12 Mart 2022 | 19:00
OXUNUB: 625

“Azərbaycan “3+3” platformasını dəstəkləyir və platformanın ilk iclası da keçirilib. Biz burada regional məsuliyyət prinsipindən çıxış edirik. Region ölkələri olaraq problemlərimizi özümüz həll etməliyik. Biz təkcə problem yox, əməkdaşlıq üçün də potensialı bir araya gətirməliyik”.

Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib. Onun sözlərinə görə, bunun bir nümunəsi kimi Azərbaycan, Türkiyə və İran arasında son nəqliyyat sazişini göstərmək olar: “Bu, hər üç ölkəyə, hətta regiondan kənarda olan Mərkəzi Asiyaya da geniş fürsətlər gətirəcək. Ona görə də bu platformada əməkdaşlıq üçün böyük imkanlar var. Hazırda digər bölgələrdə vaxtı uzadacaq problemlərin yarandığı üçün diplomatik kanallarla “3+3” formatında başqa harada görüşlərin keçirilə biləcəyi ilə bağlı əlavə təkliflər gözləyirik. Növbəti görüşün Türkiyədə keçirilməsinə qərar verilmişdi, ancaq diplomatik kanallarla onun dəqiqləşdirilməsinə ehtiyac var”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man