Bu yolda kamera ilə sürücülərə qanunsuz cərimələr yazılır - FOTO

Nəqliyyat TV 10 Mart 2022 | 14:33
OXUNUB: 3936

Bakı-Qazax yolunun 262-ci kilometrində kamera vasitəsilə cərimələnən bir neçə sürücü redaksiyamızın qaynar xəttinə müraciət edib. Sözügedən yolun Ağdaş rayonundan keçən hissəsində cərimələnən sürücülər bildirir ki, rayon ərazisindən magistral yola çıxan hissədə çəkilmiş üfüqi nişanlanma xətti silindiyinə görə, həmin xəttin üzərindən manevr edirlər. Bu səbəbdən də sürücülər kamera vasitəsi ilə cərimələnir.

Redaksiyamıza şikayət ünvanlayan sürücülər tərtib edilmiş protokolların nə dərəcədə doğru olub-olmadığını soruşurlar.

Qeyd edək ki, həmin yolda yaşayış məntəqələrinin giriş-çıxışlarını ayırmaq üçün çəkilmiş nişanlanma xətti ayırı zolaq funksiyasını daşıyır. Lakin ayırıcı zolaq elə təşkil edilib ki, sürücülər bunun nə olduğunu anlamaqda çətinlik çəkirlər. Qanunvericiliyə görə, ayırıcı zolaq nişanlanma xətti ilə işarələnə bilər. Lakin iki xəttin arası başqa rənglə, müxtəlif ştirxlərlə işarələnməlidir ki, sürücü orada hərəkətə icazə verilmədiyini anlasın və ən əsası bunu vaxtında qavrasın.  Bununla yanaşı, kəsişən yerdə məlumatverici nişanlar və 1.18 nişanlanma xəttləri təşkil edilməlidir ki, sürücü hərəkət trayektoriyasını aydın şəkildə anlasın. Mövcud şəraitdən və tərtib edilmiş protokollardan belə başa düşülür ki, sürücülər bunu bilməyərəkdən və anlamayaraqdan edirlər.

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man