Növbəti hərracda 13 nəqliyyat vasitəsi özəlləşdirilib

Nəqliyyat xəbərləri 10 Mart 2022 | 17:29
OXUNUB: 906

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən martın 9-da keçirilən növbəti hərracda 13 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılan avtomobillərə ümumilikdə 42 sifariş qəbul olunub.

Xidmətdən Avtosfer.az-a bildirilib ki, budəfəki hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya istehsalı avtomobillər olub. Həmin avtomobillərə edilən təkliflərin çoxluğu isə prosesi rəqabətli edib. İlkin start qiyməti 2500 manat olan “VAZ 2106” markalı avtomobil üçün təkliflər səsləndirilib, sonda həmin nəqliyyat vasitəsi 4 min manata özəlləşdirilib. Buraxılış tarixi 2006-cı il olan “VAZ 2107” markalı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 3 min manat olmasına baxmayaraq, avtomobilin son qiyməti 3900 manata yüksəlib.

Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: LİNK

Qeyd edək ki, martda daha 4 özəlləşdirmə hərracı keçiriləcək.

Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man