“Gədəbəy Mineral Suları” şirkətinə məxsus avtomobili idarə edən sürücünün hərəkətləri anbaan avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, 21-AC-166 qeydiyyat nişanlı “İsuzu” markalı avtomobilin sürücüsü fevralın 23-də paytaxtın Heydər Əliyev prospekti ilə hərəkət edərkən səbəbsiz yerə görüntünü qeydə alan sürücünü sıxışdırıb. Daha sonra əl hərəkətləri ilə narazılığını bildirərək onun qarşısında təhlükəli manevrlər etməyə başlayıb. O bildirir ki, sürücünün etdiyi bu hərəkətlər ona da müəmmalı qalıb: “Mən öz zolağımla normal şəkildə hərəkət edən zaman, yük maşınının sürücüsü məni sıxmağa başladı və əl-qol hərəkətləri ilə nəsə demək istədi. Videogörüntüdən də aydın şəkildə görünür ki, mən heç bir qaydanı pozmamışam”.
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man