Bu cinayəti törədənləri 12 illik həbs CƏZASI GÖZLƏYİR - VİDEO

Gündəm 10 Mart 2022 | 00:55
OXUNUB: 1916

İnternet vasitəsilə narkotik vasitələrin satışını həyata keçirənlərlə bağlı cəzalar sərtləşdirilir. Belə şəxslərin 12 il müddətinə azadlıqdan məhrum edilməsi təklif olunur. Bununla yanaşı, güclü təsir edən maddələri satanlara da 10 il həbs cəzasının verilməsi məsələsi gündəmdədir.

Avtosfer.az xəbər verir ki, internet vasitəsilə narkotik satanlar daha uzun müddətə - 12 il müddətinə həbs ediləcəklər. Azərbaycanda güclü təsir edən maddələri satanlara isə 10 il həbs cəzası veriləcək... Azərbaycanda narkotik vasitələri və psixotrop maddələri internetdən istifadə etməklə satanların cinayət məsuliyyəti artırılır. Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif olunur. Dəyişikliklə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma kütləvi informasiya vasitələrindən, o cümlədən internet və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Məsələ ilə bağlı millət vəkili Razi Nurullayev bildirdi ki, bu dəyişiklik gəncləri narkotik vasitələrdən uzaq tutmağa kömək edəcək. Azərbaycanda güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə məşğul olanların 10 il müddətinə həbs edilmələri də təkliflər arasındadır. Millət vəkili onu da əlavə edib ki, bu düzəliş həm də aidiyyəti orqanların internet resurslarına ciddi nəzarətini zəruri edəcək.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man