İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərin, eləcə də müəyyən edilməyən yerlərdən yolu keçən piyadaların müəyyən olunması məqsədilə şəhər ərazisində reyd keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər saxlanılıb. Hərəkətdə olan nəqliyyat vasitəsindəki şəxslərin təhlükəsizlik kəmərindən istifadə etmələrinin vacibliyi onların diqqətinə çatdırılıb. Həmçinin, avtomobil yollarının müəyyən edilməyən hissəsindən keçən piyadalar da yol polisi əməkdaşları tərəfindən aşkarlanıb. Bu kimi halların onların, eləcə də digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükəyə səbəb olduğu izah edilib. Keçirilən tədbirlər zamanı ümumilikdə 29 sürücü və piyada barəsində inzibati tənbeh tədbirləri görülüb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man