Qalmaqallı “Şuşa” komandasının Rusiyadakı oyunu TƏXİRƏ SALINDI

Gündəm 09 Mart 2022 | 21:33
OXUNUB: 883

Mart ayında keçirilməsi nəzərdə tutulan  “Şuşa” komandasının oyunu təxirə salınıb. 

Avtosfer.az xəbər verir ki, bu barədə “Şuşa” Şən və Hazırcavablar Klubunun (KVN) rəhbəri, ssenarist və prodüsser Müşfiq Abbasov bildirib. O qeyd edib, çempionat may ayında baş tutacaq: “Məlum məsələlərə görə oyunumuz mart ayından may ayına keçirilib. Tək bizim tədbirimiz yox, Ruysiyada mart-aprel aylarında baş tutacaq bütün tədbirlər təxirə salınıb”. Xatırladaq ki, yanvar ayında Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KVN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının adının “Buta” ilə əvəzlənməsi geniş müzakirələrə səbəb olmuşdu.  Bu müzakirələrdən sonra Müşfiq Abbasov bildirmişdi ki, Maslyakov oyunu bəyənib: “Görüşdə ad məsələsini ona bildirdim. Qeyd etdim ki, əgər adımız “Şuşa” olmasa, biz oyuna davam etməyəcəyik. Mart ayında  Sankt-Peterburqda baş tutacaq 1/8 finalda “Şuşa” adı ilə oyuna çıxacağıq”

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man