Salfetin içində narkotik satılması iddiaları ilə bağlı - Rəsmi açıqlama

09 Fevral 2022 | 18:12
OXUNUB: 1239
Xəbər verdiyimiz kimi, Bakıda küçələrdə salfetin içində narkotik satılması ilə bağlı iddia yayılmışdı.

Sfera.az xəbər verir ki, DİN iddialarla bağlı açıqlama yayıb.

Bununla bağlı DİN Mətbuat Xidmətinin şöbə rəisi, mayor Elşad Hacıyev bildirib ki, sosial şəbəkə seqmentlərində uşaqların satdığı salfetin içinə narkotik olması ilə bağlı yayılan məlumatlar araşdırılıb:

"Polis tərəfindən keçirilən müvafiq tədbirlərlə həmin məlumatı yayan şəxs - Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Abumislimov  Kamran olması müəyyən olunub. O, etiraf edib ki, yalan məlumatı qəsdən yayıb, məqsədi ölkə xaricində yaşayan valideynlərinin diqqətini üzərinə yönəltmək olub.

Onun iddia etdiyi halların bütün təfərrüatları yoxlanılıb. Salfetin içində narkotik olması ilə bağlı iddiaların tamamilə yalan olması məlum olub. 

İddialarla bağlı araşdırmalar davam etdirilir”.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man