Kürdəmir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayon ərazisində hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin sürücüsünə təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün “saxla” işarəsi verilib.
Bu zaman sürücü H.Süleymanovun hərəkətləri şübhə doğurduğundan o polis şöbəsinə gətirilib və müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən həmin şəxsin narkotik vasitədən istifadə etdiyi məlum olub.
Polis əməkdaşları tərəfindən həmin sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib olunub və baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
Kürdəmir rayon məhkəməsinin qərarı ilə H.Süleymanov 5 sutka inzibati qaydada həbs edilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man