Rus qoşunları tankla poçt işçilərinin avtomobilinin üzərindən keçdilər - FOTO

Gündəm 07 Mart 2022 | 16:40
OXUNUB: 477

Ukraynanın Zaporojye vilayətində Rusiya hərbçiləri “Ukrposhta”nın (Ukrayna Poçt xidməti) avtomobili atəşə tutub və onun üzərindən tankla keçiblər. Bir kişi və bir qadın hadisə yerində ölüb. Bu barədə Zaporojye Vilayət Şəhər Administrasiyası məlumat yayıb. Həmin gün “Ukrposhta”nın işçiləri Orexovo, Omelnik, Yeqorovka və Novoselovka qəsəbələrindən keçən marşrutla pensiya və poçt göndərirdilər. Yeqorovka və Novoselovka qəsəbələri arasındakı yolda Rusiya hərbçiləri tankı mülki avtomobilin qarşısına çıxıb.

Avtomobilin sürücüsü hərbi maşınların keçməsi üçün bir qədər sağa dönüb, lakin buna cavab olaraq hərbçilər mülki avtomobilə atəş açıb, sonra onun üzərindən keçiblər.

Şəhər administrasiyasından bildiriblər ki, sağ qalanların olması ümidi ilə əraziyə gedən həmkarlar hamının öldüyünü görüblər və yalnız fotolar çəkə biliblər, çünki ərazidə döyüş əməliyyatlarının aparılması və hərbi texnikanın hərəkəti ilə əlaqədar hazırda ölənlərin meyitlərinin təxliyəsi mümkün deyil.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man