Bu gün Odessadan 50-dən çox azərbaycanlı təxliyə edildi

Gündəm 07 Mart 2022 | 16:43
OXUNUB: 521

“Son 12 gün ərzində Ukraynanın Odessa şəhərindən 500-dən çox azərbaycanlı təxliyə edilib”.

Bunu Oxu.Az-a açıqlamasında Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyev məlumat verib. 

Onun sözlərinə görə, Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin birgə fəaliyyəti nəticəsində dünən daha 60-a yaxın şəxs təxliyə edilib:

“Bu gün də 50 nəfər Moldova sərhədinə yola salındı. Soydaşlarımız mikroavtobuslarla təxliyə edildi. Müharibənin ilk günündən bizə ünvanlanan müraciətlərin hər birini təmin etməyə çalışmışıq.

Moldova sərhədi 68 km uzaqlıqdadır. Öz maşınları ilə gedənlərə istiqamət verilir, digərləri isə 50 nəfər yığıldıqca mikroavtobuslarla təxliyə edilir. Əvvəlki günlərlə müqayisədə təxliyə üçün müraciət edən soydaşlarımızın sayında azalma müşahidə edilir”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man