Xəbər verdiyimiz kimi, Prezidenti İlham Əliyev Azərbaycan qadınlarını “Tərəqqi” medalı ilə təltif edib.
Avtosfer.az-ın məlumatına görə, təltif olunan qadınlar arasında şəhidlərin həyat yoldaşları da var.
Belə ki, təltif olunanlardan biri Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant, "Murov qartalı" ləqəbli əfsanəvi kəşfiyyatçı Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadədir. S.Alızadə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvüdür.
Digəri isə 2016-cı il aprelin 19-da Cəbrayıl rayonunda minaya düşərək şəhid olan polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundovadır. N.Axundova 45 saylı məktəbin direktorudur.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man