Yol polisi “Tofaş”la qayda pozan sürücünü saxladı - Narkoman çıxdı

İctimai nəqliyyat 07 Mart 2022 | 13:09
OXUNUB: 1043

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 4-də saat 18 radələrində Salyan rayonunun Yenikənd kəndi ərazisində Cəlilabad rayon sakini Ceyhun İmanov idarə etdiyi “Tofaş” markalı avtomobillə manevr qaydasını pozduğuna və təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə saxlanılıb. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən edilmişdir. Sürücü və sərnişinləri - qardaşı Ş.İmanov və Bakı şəhər sakini Ə.Axundov Salyan Rayon Polis Şöbəsinə təhvil veriliblər.

Şəxsi axtarış zamanı C.İmanovdan 10 qramdan artıq metamfetamin və 14 qrama yaxın heroin aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

 

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man