Gəncədə qazılan yol bərpa edilmir - sakinlər narazıdır - VİDEO

Gündəm 07 Mart 2022 | 12:09
OXUNUB: 939

Gəncədə müxtəlif kommunikasiya xətlərinin çəkilişi ilə bağlı yollar qazılıb, amma işlər yekunlaşdıqdan sonra asfalt örtüyü yenilənmir.

Nəticədə yollarda xoşagəlməz mənzərələr yaranır.

Avtosfer.az-ın məlumatına görə, sürücülər deyir ki, belə vəziyyət avtomobillərin rahat hərəkətinə mane olur. Nahamar yollarda idarə edilən nəqliyyat vasitələrinin müxtəlif detalları xarab olur.

Yollar bəzən hansısa təşkilat və ya müvafiq qurumdan alınmış razılıq əsasında yol kənarında obyekti olan sahibkarlar tərəfindən qazılır. Ancaq nəticə həmişə eyni olur: iş bitir, asfalt örütüyü yenilənmir.

Məsələ ilə bağlı Gəncə şəhər İcra hakimiyyətindən bildirilib ki, şəhərdə yolların asfaltlanması su-kanalizasiya layihəsinə paralel aparılır. Hazırda bu layihənin icrasında fasilənin yaranması yollardakı təmir işlərini də ləngidir.

Qeyd edilib ki, yol kənarlarında yerləşən obyektlərin kommunikasiya xətlərinə qoşulmaq üçün qazdıqları yolları bərpa etmək öhdəliyi də özlərinə aiddir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man