Bir həftədə iki dəfə cərimə olunan "Niva" sürücüsü - VİDEO - FOTO

İctimai nəqliyyat 05 Mart 2022 | 22:40
OXUNUB: 5349

Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən avtomobilə konstruksiya dəyişiklikləri edən və video çəkərək sosial şəbəkələrdə paylaşan sürücü aşkarlanıb. Avtosfer.az xəbər verir ki, 90-VR-104 dövlət nömrə nişanlı, "Niva" markalı avtomobilin sürücüsü Ağayev Səfa Afiq oğlu eyni əməli iki dəfə törədib. 
İlk dəfə avtomobil saxlanılaraq cərimə meydançasına aparılıb və zavod istehsalı vəziyyətinə qaytarıldıqdan sonra sürücü barəsində inzibati qaydada protokol tərtib edilərək özünə qaytarılıb. 
Lakin sürücü bir neçə gün sonra yenidən avtomobildə eyni konstruksiya dəyişiklikləri etməklə idarə edib. Bu dəfə də Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları onu saxlayıb və barəsində müvafiq qaydada cərimə tərtib olunub.  
Yol polisi sürücülərə müraciət edərək bu cür əməllərə yol verməməyi, avtomobili təhlükəli vəziyyətdə idarə etməməyi tövsiyə edir. Bunun fəxr olunası hal yox, qayda pozuntusu olduğunu bir daha diqqətə çatdırır.

Fərid

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man