Qanunsuz sərnişindaşıma ilə məşğul olanları böyük məbləğdə cərimə gözləyir - VİDEO

Nəqliyyat TV 05 Mart 2022 | 23:35
OXUNUB: 1262

Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən avtovağzalların işində səmərəliliyin artırılması ilə bağlı tədbirlər planı hazırlanıb.

Avtosfer.az-ın məlumatına görə, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər. Bu barədə açıqlama verən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi Günay Əliyeva prosesin təfərrüatlarını açıqlayıb. Qeyd edək ki, əgər sərnişin daşıyan nəqliyyat vasitəsinin texniki və tibbi sənədləri yoxdursa, icazəsiz fəaliyyət göstərirsə, İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə əsasən, vəzifəli şəxslər 500-800, hüquqi şəxslər isə 2000-3000 manat arasında cərimə oluna bilərlər. Sərnişin daşıyan nəqliyyat vasitəsində taxoqraf yoxdursa və ondan istifadə edilmirsə, fiziki şəxsləri 150, vəzifəli şəxsləri 500, hüquqi şəxsləri isə 1000 manat məbləğində cərimə gözləyir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man