Ukraynadan təxliyə olunan azərbaycanlıların sayı açıqlanıb

Gündəm 05 Mart 2022 | 16:00
OXUNUB: 565

“Ukraynada hərbi əməliyyatlar başlayan ilk gündən müvafiq addımlar atırıq”.

Avtosfer.az-ın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, martın 5-i səhər saatlarına olan məlumata görə 9500 Azərbaycan vətəndaşı Ukraynadan qonşu ölkələrə təxliyə edilib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev məsələ ilə bağlı tapşırıq verib: “Dövlət başçısının tapşırığına əsasən indiyədək çarter reysi ilə 1111 nəfər vətəndaşımız Azərbaycana gətirilib. Təxliyə zamanı yaşlı insanlara, qadınlara, tələbələrə üstünlük verilir. Artıq avtobuslardan istifadə edib Azərbaycan tərəfinə keçənlərin sayı da 150-ni keçib”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man