Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğundan bildirilib ki, şəhərdə vəziyyət ağır olaraq qalmaqdadır.
"Ölkəmizin Xarici İşlər Nazirliyinin təlimatları əsasında fəxri konsulluq həmvətənlərimizə dəstək olmaq məqsədi ilə fəaliyyətini davam etdirir. Bugün səhər saatlarından etibarən artıq 100 nəfərdən çox həmvətənimiz Xarkov şəhərindən təxliyyə edilib.
Çerkaskie Tişki gəndi ətrafında döyüşlərin getməsi əhalinin təxliyyəsini mümkünsüz edir. Azərbaycanın fəxri konsulluğu kənd adminstrasiyası ilə daimi əlaqə saxlayır və uşaqların vəziyyəti ilə maraqlanır.
Həmvətənlərimizin təhlükəsiz təxliyyəsi üçün işlər davam etdirilir",- məlumatda qeyd edilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man