“Rolls-Royce” Rusiyaya avtomobil ixracını dayandırıb

Nəqliyyat xəbərləri 05 Mart 2022 | 14:52
OXUNUB: 3413

“Rolls-Royce Motor Cars” şirkəti Rusiyaya avtomobil ixracını dayandırıb.

Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, şirkətin sözçüsü bu addımı regiondakı vəziyyətin qeyri-müəyyən olması ilə əlaqələndirib: “Biz mövcud vəziyyəti və işgüzar fəaliyyətimiz üçün mümkün olan sonrakı fəsadları dəyərləndiririk”.

Qeyd edək ki, Böyük Britaniyanın Rusiyaya ixracında əsas pay avtomobillərə düşür. Eyni zamanda, ötən il “Rolls-Royce” luks avtomobillərinin Avropadakı ən böyük satış bazarı məhz Rusiya olub. Belə ki, bu brendin həmin ölkədəki satışları ilk dəfə 300-ü keçib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man