''ANAMA-nın Zəngilandakı bazasının Novruz bayramından sonra istifadəyə veriləcəyi planlaşdırılır''.
Avtosfer.az-ın məlumatına görə, bunu Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib. Onun sözlərinə görə, bu məqsədlə ərazidəki işlər sürətləndirilib. Vüqar Süleymanov bildirib ki, sözügedən bazalar Laçın və Cəbrayıl rayonlarında yerləşir. ANAMA sədri minatəmizləmə əməliyyatlarını daha da sürətləndirmək üçün müvafiq texnikalarının ölkəmizə gətirilməsindən də danışıb. Onun sözlərinə görə, ABŞ-dan Azərbaycana 30 minaaxtaran itin gətirilməsi nəzərdə tutulub. Onlardan 20-si artıq ölkəmizə çatdırılıb, yerdə qalanları da təsdiq olunmuş qrafikə uyğun gətiriləcək. O əlavə edib ki, ötən il ANAMA-nın işçi heyəti 2 dəfə artırılıb və prosesin bu il də davam etdirilməsi planlaşdırılıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man