Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 588 yeni yoluxma faktı qeydə alınıb, 1185 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avtosfer.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 788 525 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 772 715 nəfər müalicə olunaraq sağalıb, 9 488 nəfər vəfat edib, aktiv xəstə sayı 6322 nəfərdir. Ölkədə son sutka ərzində 6829, hazırkı dövrədək isə 6 585 992 test aparılıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man