Tanınmış həkim: “Pandemiya arxada qaldı, qadağalar ləğv olunmalıdır“

Gündəm 04 Mart 2022 | 16:53
OXUNUB: 609

Son bir həftədir bütün dünyanın diqqəti Rusiya-Ukrayna müharibəsinə yönəlib. Qorxulu röyamıza çevrilən koronavirus demək olar ki, yaddan çıxıb. Virusun arxa plana keçməsinin hansısa fəsadları ola bilərmi? Avtosfer.az xəbər verir ki, həkim-radioloq Aydın Əliyev yenisabah.az-a açıqlamasında pandemiyanın artıq sonlandığını söyləyib: "Rusiya-Ukrayna müharibəsi başlamadan öncə "Omikron" ştammı sürətlə yayılmışdı. İki həftə çox çətin günlər yaşadıq. Lakin virus mutasiyaya uğradıqca zəifləyir, xəstəlik də yüngülləşir. Demək olar ki, artıq pandemiya sonlanır. Türkiyədə açıq və qapalı havada maska tələbi ləğv olundu. Təəssüf ki, bizdə maska məsələsi, cərimələr gəlir yerinə çevrilib. Qapalı məkanlara qəflətən daxil olub, maskası olmayanlara cərimə yazırlar. Düşünürəm ki, bizdə də maska məsələsi ləğv olunsa daha yaxşı olar".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man