Yol polisi yağışlı hava şəraitinin fəsadları ilə bağlı məlumat yaydı - VİDEO

İctimai nəqliyyat 04 Mart 2022 | 16:05
OXUNUB: 964

Paytaxtda, əsasən də regionlarda güclü külək və yağışla müşahidə olunan hava şəraiti təəssüf ki, fəsadsız ötüşməyib.

Belə ki, bu gün səhər saatlarında əsən güclü külək nəticəsində Ələt-Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən 140-150-ci kilometrliyində yol kənarındakı ağacların bir qismi yolun hərəkət hissəsinə aşıb. Dərhal əraziyə DİN BDYPİ-yə bilavasitə tabe olan YPXA-nın 11-ci taqımının əməkdaşları cəlb edilərək müvafiq təhlükəsizlik tədbirləri görülüb və yolun təmizlənməsi üçün aidiyyəti qurumlara məlumat verilib. Yol-patrul xidməti əməkdaşlarının iştirakı ilə qısa müddət ərzində yolun hərəkət hissəsi ağaclardan təmizlənib, yaranmış məhdudiyyət aradan qaldırılıb və nəqliyyatın rahat və təhlükəsiz hərəkəti təmin edilib.

Qeyd edək ki, ötən gün hava şəraitinin güclü külək və yağışla müşahidə olunacağı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumat əsasında DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən yol hərəkəti iştirakçılarına xəbərdarlıq edilmiş, şəxsi heyət təlimatlandırılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man