Ukraynadan şəxsi maşınla Vətənə qaçanların nəzərinə - RƏSMİ

Gündəm 04 Mart 2022 | 16:41
OXUNUB: 536

Müharibə ilə əlaqədar şəxsi avtomobilləri ilə Ukraynanı tərk edən vətənadaşlarımız ölkəmizə geri qayıdırlar. Həmvətənlərimiz arasında Ukrayna vətəndaşı olanlar da var. Hazırda quru yollarının bağlı olduğunu nəzərə alsaq, onların şəxsi avtomobilləri ilə gömrükdən keçmələrində problem yaşana bilər.

Bununla bağlı Avtosfe.az-ın sorğusunu cavablandıran Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəisi Natiq Axundov bildirib ki, Ukraynanı avtomobilləri ilə tərk edən vətəndaşlarımız gömrükdə heç bir problem yaşamayacaqlar.

“Mövcud fors-major hal nəzərə alınaraq, şəxsi avtomobilləri ilə Vətənə gələn soydaşlarımızın ölkəyə gəlişində problem olmayacaq. Belə ki, rezidentlərin xaricdə qeydiyyatda olan avtomobilləri ilə gəlişi zamanı onlara istisna hal kimi şərait yaradılacaq”, - qurum rəsmisi deyib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man