Azərbaycanlı deputat 2 rus əsgərini əsir götürdü - ANBAAN ŞOK VİDEO

Gündəm 04 Mart 2022 | 12:34
OXUNUB: 1278

"Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayəti üzrə Ağsaqqallar Şurasının sədri, Baştan rayonunun deputatı, tanınmış fermer, əslən Şəmkir rayonundan olan Ukrayna vətəndaşı Kamran Həsənov 2 rus əsgərini əsir götürüb və aidiyyatı üzrə təhvil verib". Avtosfer.az azxeber.com-a istinadən xəbər verir ki, bu haqda Ukrayna Azərbaycan Konqresinin aparat rəhbəri Xəyyam Həqiqətoğlu məlumat verib.

 

"Martın 1-də Rusiya hərbi texnika karvanı Baştan qəsəbəsi vasitəsilə Nikolayevə doğru hərəkət edirdi. Toqquşmadan sonra ərazidə xeyli sayda hərbi texnika qalmışdı. Döyüş başa çatdıqdan sonra texnikasız qalan rus əsgərləri meşə plantasiyalarından və yaşayış məntəqələrindən keçərək qaçdılar. Bu anda yerli sakinlər, özünümüdafiə dəstəsinə daxil olan fermerlər həmin 2 rus əsgərini saxlayıblar. Yerli özünümüdafiə rəhbərlərindən biri, Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayəti üzrə Ağsaqqallar Şurasının sədri, Baştan rayonunun deputatı, tanınmış fermer Həsənov Kamran Həsənoğlu öz dəstəsi ilə birgə iki silahlı düşmən rus əsgərini zərərsizləşdirib və saxlayıb.
Axtarış zamanı onlardan "Kalaşnikov” avtomatı, qumbaraatan, döyüş sursatı və SVD aşkar edilərək götürülüb. Dindirildikdən sonra əsgərlər aidiyyəti üzrə orqanlara təhvil verilib.

Xəyyam Həqiqətoğlu deyib ki, Kamran Həsənov bu şücayəti Ukraynada böyük rəğbətlə qarşılanıb:  Kamran Həsənov ağsaqqalımızdır. Azərbaycanın Şəmkir rayonunun Şiştəpə kəndində doğulub boya-başa çatıb. O, həm həmyerliləri arasında, həm də yerli əhali arasında hörmət və nüfuza malikdir. Nikkolayev rayonunda yaşayan azərbaycanlılar onu insanlara qarşı mehriban münasibətinə, hər zaman ilk yardım çağırışına gəlməyə hazır olduğuna görə sevilirlər.

O müharibənim ilk günündə bir vətəndaş və vətənpərvər kimi orduya kömək etdi, könüllü oldu, şəxsi silahını götürdü, yerli özünümüdafiə təşkil etdi və digər işlərlə yanaşı, hərbi xidmətə çağırışa kömək etdi. Onun qəhrəmanlığı Ukraynada böyük rəğbətlə qarşılandı. 
Həmin videonu təqdim edirik: 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man