DYP-dən küləkli və yağışlı hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT

İctimai nəqliyyat 03 Mart 2022 | 18:49
OXUNUB: 876

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, bu gün gecədən başlayaraq martın 5-dək ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında hava şəraitinin güclü külək və yağışla müşahidə olunan kəskin dəyişməsi gözlənilir. DİN-in Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına istisnasız riayət etməyi, digər hərəkət iştirakçılarına, xüsusilə piyadalara  qarşı məsuliyyətli və şəfqətli davranmağı xahiş edir. DYP-dən Avtosfer.az-a bildirilib ki, əlverişsiz hava şəraitində nəqliyyat vasitələrinin texniki vəziyyətinə, o cümlədən şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına diqqət yetirmək, mümkün qədər günün işıqlı vaxtı yola çıxmaq, sürət həddini düzgün seçmək, ara məsafəsini normadan artıq saxlamaq, eləcə də zərurət olmadan ötmə əməliyyatı aparmaqdan, qəfil manevrlərdən və kəskin tormozlamadan çəkinmək avtonəqliyyat vasitələrində hərəkət zamanı təhlükəsizliyə zəmanət verən amillərdir.

Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha diqqətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.

Piyadalar isə küləkli və yağışlı havalarda daha da məsuliyyətli olmalı, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər.

 

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man