Ədalət keşikçisi

İctimai nəqliyyat 03 Mart 2022 | 16:34
OXUNUB: 963

Azərbaycan elminə, mədəniyyətinə, yaradıcılığın müxtəlif sahələrində öz istedadı, bacarığı ilə töhfə verən çoxsaylı polis əməkdaşları cəmiyyətlə polis arasında sanki bir körpü rolunu oynayır. Bəlkə kimsə asayiş keşikçilərinin qanun “dilini” çox sərt hesab edir, amma həmkarlarımız söz, fikir, elm-ədəbiyyat mühitində özlərini ustalıqla ifadə etməklə ictimai fikrə yol tapırlar. 

İdman da bizim üçün belə “ümumi ünsiyyət” sahəsidir.

Əməkdaşlarımız güclərini sınayıb fəxri kürsülərdə yer tutmaqla yanaşı, polisin haqq-ədalət tərəzisini idmana gətirir, hakimlik edib yarışlarda ədaləti təmin edirlər. Onlardan biri də cüdo idman növü üzrə birinci dərəcəli hakim, Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Xətt Polis Bölməsinin Növbətçi Hissəsinin məsul növbətçisi, polis baş leytenantı Ayaz Abbasovdur. O, 25-28 fevral tarixlərində Bakı şəhərində gənc cüdoçular arasında (U-21) keçirilən Azərbaycan birinciliyinin hakimlərindən olub.

Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçirilən yarış Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Yarışda ölkənin müxtəlif regionlarından, Sumqayıt və Bakı şəhərindən olan klublar, cəmiyyətlər və idman təşkilatlarından 300-ə yaxın idmançı medallar uğrunda mübarizə aparıb.

Yeri gəlmişkən, DİN İdman Cəmiyyətinin yetirmələri də yarışın nəticələrinə görə həm usta, həm də U-21 cüdoçuları arasında mükafatçılar sırasına düşüblər.

İdmanın Cui-citsu növü üzrə 2019-cu ildə dünya üçüncüsü olmuş A.Abbasov sonrakı illərdə tatami üzərinə hakim kimi çıxıb. Həmkarımız deyir ki, həm polis əməkdaşı olmaq, həm də yarışlarda hakimlik etmək mahiyyət etibarı ilə eyni məna kəsb edir, çünki qanun-qaydaya nəzarət etmək, ədaləti qorumaq vəzifəsi hər iki peşənin ortaq cəhətidir. Su Nəqliyyatında Polis İdarəsinin rəisi, polis polkovniki Rövşən Eyyubov tərəfindən yarışlarda iştirak etməsi üçün hər cür şərait yaradıldığını deyən hakim əməkdaşımız, buna görə rəhbərliyə minnətdarlığını bildirməklə yanaşı, hər zaman ona bəslənilən etimadı doğrultmağa çalışdığını vurğuladı.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man