Paytaxt Bakı və ölkəmizin digər böyük şəhərlərində, xüsusən də məhəllələrdə rast gəlinən daş qarajların əksəriyyəti sovet dövründən qalanlardır.
Avtosfer.az AzTV-yə istinadən xəbər verir ki, həmin daş qarajların alqı-satqısı üçün texniki pasport olmalıdır. Texniki pasport elektron çıxarış kimi alqı-satqıya yararlıdır və onunla rahat şəkildə satış etmək olur. Daş qarajlar üçün elektron çıxarış verilmir. Çünki çıxarış verilmiş olsa,bu həmin əmlakın tam mülkiyyət hüququn tanınması deməkdir. Odur ki, bu qarajlara texniki pasport verilsə də sənəddə qeyd olunur ki, ərazidə hər hansı dövlət əhəmiyyətli bir söküntü olarsa yaxud qarajın yerləşdiyi ərazi dövlət layihəsinə düşərsə, həmin qaraj başqa bir yerlə əvəzlənəcək. Yəni qaraj söküləcək və onun sahibinə başqa bir ərazidən eyni ölçülərdə qaraj tikilib veriləcək.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man