Sərnişinlər yolda qalır - Avtobuslar niyə gecikir? - VİDEO

Gündəm 02 Mart 2022 | 23:39
OXUNUB: 946

Paytaxt küçələrində avtobus zolaqları salınandan problemləri bitmək bilmir.

Hansı ki, bu zolaqlar ictimai nəqliyyatın rahat və maneəsiz gediş-gəlişini təmin etmək üçündür. Ancaq belə zolaqlar olan əksər küçə və prospektlərdə abtobusların hərəkətinə süni maneələr yaradılıb. Özü də vətəndaşlar tərəfindən. Bu azmış kimi, bəzi avtosalonlar avtobus zolaqlarından parlanma yeri kimi istifadə edirlər.  Oxşaq vəziyyət Əhmədli metrostansiyasının ətrafında, Məhəmməd Hadi küçəsində də hökm sürür.  Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, digər nəqliyyat vasitələrinin avtobus zolağı boyunca hərəkət etməsi və ya parklanması intervallarda ciddi ləngimələrə səbəb olur. Bundan da ən çox əziyyət çəkənlərsərnişinlərdir. Qurum rəsmisideyir ki, problemin həlli üçün,xüsusilə, pik saatlarda zolaqlara nəzarət gücləndirilməlidir. Bakı Şəhər baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Mübariz Ağayev isə xəbər ertəsinə bildirdi ki, qurum sözügedən məsələni həmişə diqqətdə saxlayır və qaydaları pozan sürücülərə qarşı müntəzəm mübarizə tədbirləri görülür. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man