“Ukraynadakı vəziyyətlə əlaqədar yaxın günlərdə Polşa sərhədindən keçən Azərbaycan vətəndaşları üçün çarter reyslərinin həyata keçirilməsi planlaşdırılır”.
Avtosfer.az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva keçirilən brifinqdə bildirib.
O, Polşa istiqamətində vətəndaşların sərhədi keçməsi ilə bağlı da danışıb:
“Söhbət çoxsaylı insanların sərhəd məntəqəsinə toplanmasından gedir. Kilometrlərlə növbə formalaşır və insanlar gözləməli olurlar. Vətəndaşlarımızdan xahiş edirik ki, sərhədi keçdikdən sonra səfirliklə əlaqə saxlayıb, qeydiyyata alınsınlar”.
O qeyd edib ki, təəssüf ki, baş verən hadisələr zamanı həyatını itirən soydaşlarımız da olub:
“Son məlumata görə, beş nəfər vətəndaşımız vəfat edib. Ukraynada olan vətəndaşlarımızdan xahiş edirik ki, hərbi qüvvələrin cəmləşdiyi yerlərdən uzaq olsunlar”.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man