Ukraynada öldürülən azərbaycanlılar barədə açıqlama: “Cəsədlər hələ də morqdadır”

Gündəm 02 Mart 2022 | 12:58
OXUNUB: 660

Xəbər verdiyimiz kimi, Ukraynanın Odessa şəhərində diversiya qrupu əslən Kəlbəcərdən olan soydaşlarımızı daşıyan avtomobilləri atəşə tutmuşdu. Hadisə nəticəsində 4 nəfər həlak olub. 

Onlar əslən Kəlbəcərin Təkəqaya kəndindəndirlər.

Təkəqaya kəndinin bələdiyyə nümayəndəsi Anar Məmmədov Modern.az-a bildirib ki, ölənlərin cəsədləri hələ də Ukraynadakı morqdadır:

“Yaralıların vəziyyəti hazırda yaxşıdır. Cəsədlər də hələ ki morqdadır. Prokurorluq iki gün vaxt verib ki, lazımi sənədlər toplanılsın. Əgər sənəd işi həll olunsa, sabah üçün gətirilməlidirlər. Vəfat edənlərin və yaralıların yaxınları da Ukraynadadırlar. Mən dünən ölənlərin yaxınları ilə danışmışam, məlumatları onlar söyləyib”.

Qeyd edək ki, Odessada həlak olmuş azərbaycanlılar İsmayılov Rəhim Əli oğlu, İsmayılov Qabil Rəhim oğlu, İsmayılov Nemət Əli oğlu və Salmanov Camal Mirzənəsir oğludur.

Yaralılar isə İsmayılov Süleyman Nemət oğlu, Tağıyev Tacir Rövşən oğlu və Tağıyev Niyazi Rövşən oğludur.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man