Ukraynadakı azərbaycanlı TIR sürücüləri təxliyə olunur - VİDEO

Gündəm 02 Mart 2022 | 02:00
OXUNUB: 3512

Ukraynada müharibə zonasında olan azərbaycanlı sürücülərin təhlükəsiz ərazilərə təxliyəsi istiqamətində işlər davam edir.

Avtosfer.az-ın məlumatına görə, yük avtomobili sürücüləri əsasən Moldova və Rumıniya ərazilərindən keçməklə təxliyə edilirlər. Proses Azərbaycanın Moldovadakı diplomatik korpusunun köməyi ilə həyata keçirilir. Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) mətbuat katibi Ruslan Eldaroğlu deyib ki, təxliyə işlərinə ötən gündən başlanıb. Onun sözlərinə görə, sürücülər yanacaqla təmin olunublar. Təxliyə olunan sürücülər isə çətinliklə üzləşdiklərini deyiblər. ABADA rəsmisi bildirib ki, hazırda Ukrayna ərazisində Azərbaycana məxsus yük avtomobilləri daha çox Kiyev, Odessa və Xarkov şəhərlərində cəmləşib. Odessa şəhəri nisbətən təhlükəsiz  olduğundan ilk olaraq bu şəhərdə olan sürücüərin təxliyəsi həyata keçirilir. Xatırladaq ki, Xarkov şəhərinin atəşə tutulması nəticəsində 3 azərbaycanlı sürücü xəsarət alıb. Xoşbəxtlikdən onların həyatı üçün təhlükə yoxdur. Bir sürücü ambulator müayinə edilib. İki sürücü isə hazırda Xarkov şəhər mərkəzi xəstəxanasında müalicə alır. Rəsmi orqanlar, səfirlik tərəfindən həmin şəxslər diqqətdə saxlanılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man