Gəncə-Qazax-Gürcüstan yolu genişləndirilir - VİDEO

Yeniliklər 02 Mart 2022 | 01:30
OXUNUB: 1233

Gəncə-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 4 hərəkət zolağına genişləndirilməsi işləri davam etdirilir.

Avtosfer.az-ın məlumatına görə, 130 km-lik yolun ümumi eni 27,5 metrdir. Hər birinin eni 3,75 metr olmaqla, 4-6 hərəkət zolağından ibarət yolun örtüyü polimer asfalt-beton olacaq. Yol yatağının qalınlığı ümumilikdə 72.5, asfalt-beton örtüyü 3 lay olmaqla, qalınlığı 27 sm. təşkil edəcək. Yol boyu torpaq yatağının tikintisi işləri yekunlaşmaq üzrədir. Hazırda alt keçid və körpülərin inşası işləri aparılır. Yolun genişləndirilməsi və sürətin artması ilə vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişi təmin ediləcək. Layihə tam reallaşdırıldıqdan sonra "Böyük İpək yolu"nun Azərbaycandan keçən hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu Avropa ilə Asiya arasında beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq.   Tikinti işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man