Rusiyanın VAKUUM bombası niyə dəhşətli sayılır? - VİDEO

Gündəm 01 Mart 2022 | 22:57
OXUNUB: 2159

Ukraynanın Sumı vilayətindəki Axtırka bölgəsinin meri Pavel Kuzmenko şəhərə rus ordusu tərəfindən “vakuum” aviasiya bombası atıldığını iddia edib.
Bu bombanın insanlara qarşı istifadəsi isə Cenevrə sözləşməsi ilə qadağan edilib.

Bəs görəsən “vakuum bombasının” təsir gücü nə qədərdir? Termobarik bomba və ya hər kəsin “vakuum bombası” kimi tanıdığı bu silah, nüvə bombalarından sonra ən güclü silah hesab olunur. Daha çox Rusiyada istehsal edilir. Minalanmış ərazilərdə keçidlər yaratmaq, helikopterlər üçün enmə sahələrini təmizləmək, rabitə mərkəzlərini məhv etmək və üçün də istifadəsi üçün nəzərdə tutulsa da, zaman-zaman bu silahdan insanlara qarşı istifadənin də şahidi oluruq. ”Vakuum bombasının” partlaması nəticəsində səsli hava partlayış dalğası və yüksək temperatur yaranır. Bu səbəbdən, partlayışdan sonra həmin ərazidə bitki örtüyü belə məhv olur. Lakin həmin ərazidə kimyəvi və ya radioaktiv çirklənmə müşahidə edilmir. Bu bombanın partlama radiusu 300 metrdir. Bombanın düşdüyü yerdə silah-sursatlar partlayır, insanların isə səs dalğasından bədənləri parçalanır. Qeyd edək ki, Rusiya Suriyadakı hərbi əməliyyatlar zamanı Hələbdə “vakuum bombasından” istifadə etmişdi. Nəticədə isə 20 nəfər ölmüşdü. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man