Bu gün daha 250 azərbaycanlı Xarkovdan təxliyə olunacaq

Gündəm 01 Mart 2022 | 11:29
OXUNUB: 691

“Hazırda Ukraynanın qərbindəyik. İki qatarda 120 nəfər azərbaycanlı var”.

Bunu Avtosfer.az-a açıqlamasında İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli deyib.

Onun sözlərinə görə, qatar, təxminən, 5-6 saatdan sonra Lvov şəhərinə çatacaq: “Yol boyu problem olmayıb, sakitlik idi. Yarım saatdan sonra Xarkovdan növbəti təxliyə olacaq. Bu dəfə də 250 nəfərə yaxın azərbaycanlı şəhəri tərk edəcək. Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun təşkilatçılığı ilə baş tutur. Danışmışıq hazırda Xarkovda sakitlikdir. Ümumilikdə, son 3 gündə 400 nəfərə yaxın azərbaycanlı təxliyə olunub. Amma hələ də təxliyə olunmağı gözləyən kifayət qədər həmvətənimiz var. Onlar zirzəmilərə sığınıblar və təxliyələri heç də asan deyil”.

S.Adıgözəlli bildirib ki, təxliyə olunanların qatar biletini Azərbaycanın Xarkovdakı fəxri konsulluğu pulsuz təşkil edib: “Təxliyə olunanlar Lvova, Polşaya çatandan sonra Azərbaycana göndəriləcəklər”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man