Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə heyətinin sədri Saleh Məmmədov beynəlxalq miqyaslı “Böyük İpək yolu”nun tərkib hissəsi - Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsində aparılan işlərlə tanış olub.
Avtosfer.az bu barədə AAYDA-ya istinadən xəbər verir.
Xatırladaq ki, həmin hissə 4 hərəkət zolağına doğru genişləndirilir. Yol boyu torpaq yatağının tikintisi yekunlaşmaq üzrədir. Hazırda qaya dolğusu və dənəvər tərkibli əsasın tikintisi, həmçinin suöütürücü boruların, alt keçidlərin və körpülərin inşası işləri aparılır. Buna paralel olaraq qırmadaşlı əsasın tikintisi və asfalt-beton örtüyünün döşənməsi işləri də görülür.
Layihə çərçivəsində 25 yol qovşağı və ötürücüsü, 16 avtomobil körpüsü, 82 yeraltı keçid, 39 düzbucaqlı su keçidi, 574 dairəvi suötürücü boru inşa edilir. Layihə boyu zəruri yerlərdə 84 avtobus dayanacağı quraşdırılacaq. Artıq süni qurğuların inşası istiqamətində işlərin böyük hissəsi yerinə yetirilib.
Yol trassası iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilib. Bu isə həmin yaşayış məntəqələrində yaşayan əhalinin və yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından önəmlidir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man