Bakıda universitet tələbəsi dəhşətli qəza törətdi – 2 NƏFƏR ÖLDÜ - VİDEO

Nəqliyyat TV 28 Fevral 2022 | 22:47
OXUNUB: 25782

17 avqust 2021-ci il tarixində Bakı şəhər Nizami rayonu Babək prospektində “Audi Q7” markalı bahalı avtomobilin törətdiyi dəhşətli yol qəzası ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Avtosfer.az xəbər verir ki, Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Elşən Elbrus oğlu Məmmədovun sağ zolaqda yüksək sürətlə idarə etdiyi “Audi” markalı, 90-VS-907 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onunla eyni istiqamətdə hərəkət edən “VAZ 21015” markalı, 55-BU-172 dövlət qeydiyyat nişanlı avtomobi vurub sürüməsinin 2 nəfərin ölümü ilə nəticələnməsinə görə Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və istismar qaydalarını pozma - 2 və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin istintaqı zamanı maraqlı faktlar üzə çıxıb. Bəlli olub ki, lüks avtomobillə qəza törədən Elşən İstanbul Beykent Universitetinin Tibb Fakültəsinin tələbəsidir. Hadisə gecə saat 00:15-də baş verib. Avtomobil isə Elşənin anasına məxsus olub. O, məhkəmədə bildirib ki, gecə yol boş olarkən evə tələsdiyi üçün sürəti bir qədər artırıb və yolda maşın çox olduğundan maşını bir qədər sağa çəkib. Bu zaman Arzu Hall şadlıq evinin qarşısında qəza baş verib, sağ tərəfdən hərəkət edən Vaz markalı minik avtomobilinə çırpılan “Audi Q7” onu bir qədər sürüyərək divara çırpıb. Güclü zərbə nəticəsində xəsarət alan “VAZ” markalı avtomobilin sürücüsü Sabirabad rayon sakini 1993-cü il təvəllüdlü Baba Nusrəddin oğlu Kaxidze və avtomobildə olan sərnişin xəstəxanaya yerləşdirilsələr də onların həyatını xilas etmək mümkün olmayıb. Hadisənin qeydə alındığı videogörüntülərdə səki ilə hərəkət edən piyadaların da ən son anda qəzadan xilas olduqları əks olunub. Məhkəmədə ölən şəxslərin ailə üzvləri Elşəndən şikayətçi olmadıqlarını, onunla barışdıqlarını bildiriblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmü ilə Elşən Məmmədov Cinayət Məcəlləsinin 263.3–cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilbi. Onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsinə qərar verilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man