DİN elektrovozla avtomobilin toqquşması ilə bağlı məlumat yayıb

Gündəm 28 Fevral 2022 | 16:33
OXUNUB: 636

Daxili İşlər Nazirliyi (DİN) elektrovozla avtomobilin toqquşması ilə bağlı məlumat yayıb.

DİN-dən daxil olan məlumatda deyilir:

"Fevralın 26-da saat 23 radələrində Xəzər rayonunun Qala dəmir yolu stansiyası ərazisində qorunmayan keçiddə elektrovozla Sumqayıt şəhər sakini Nicat Fərzəliyevin idarə etdiyi “Chevrolet” markalı avtomobil toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən N.Fərzəliyev orada ölüb, sərnişini - Ağdam rayon sakini Y.Yusifzadənin vəziyyəti orta-ağırdır.

Sabunçu Xətt Polis Şöbəsinin İstintaq qrupunda araşdırma aparılır".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man